ÜST-dən AÇIQLAMA: 6 peyvəndin insanlar üzərində sınağı başladı
Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa qarşı dünya miqyasında müxtəlif şirkətlər tərəfindən 83 peyvəndin hazırlandığını açıqlayıb.
Sehiyye.info xəbər verir ki, hazırlanan peyvəndlərdən hələlik sadəcə 6-nın insanlar üzərində sınaqdan keçirilməsinə icazə verilib. Məlumata görə, 6 peyvəndən 3-ü Çində insanlar üzərində sınaqdan keçirilir. Bildirilib ki, insanlar üzərində aparılan testlərin nəticələri barədə qəti fikir söyləmək hələ tezdir.
Qeyd edək ki, koronavirusa qarşı peyvəndin insanlar üzərində ilk sınağı ABŞ-dakı “Moderna” dərman şirkəti tərəfindən həyata keçirilib.Publika.az