sehiyye.info

Oktyabra hazırlıq – Rusiyada kütləvi vaksinləmə başlayacaq

Oktyabra hazırlıq – Rusiyada kütləvi vaksinləmə başlayacaq
Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, hazırda vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanır

"Qamaleya İnstitutunun hazırladığı koronavirus vaksinin klinik sınaqları yekunlaşıb".

Sehiyye.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

O qeyd edib ki, hazırda vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanır.

Nazir həmçinin Rusiyada kütləvi peyvəndləmənin anonsunu da verib: “Oktyabr ayında ölkədə kütləvi vaksinasiya prosesi başlayacaq”.

Onun sözlərinə görə, vaksinasiyadan ilk növbədə tibb işçiləri və müəllimlər keçəcək.//sputnik




REKLAM