Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
Azərbaycanda 2 Olimpiya İdman Kompleksinin təyinatı müvəqqəti olaraq dəyişdirilir.
Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Trend-ə bildirib.
Belə ki, Abşeron və Hövsan Olimpiya İdman Kompleksləri koronavirus pandemiyası ilə mübarizə çərçivəsində modul tipli xəstəxanaya çevrilir.
Bununla bağlı sabah açılış mərasimi keçiriləcək. Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı iştirak edəcəklər.