sehiyye.info

Sumqayıtda koronavirusla mübarizə üçün modul tipli xəstəxana tikilir l

Sumqayıtda koronavirusla mübarizə üçün modul tipli xəstəxana tikilir  l
Xəstəxana 100 palatadan ibarət olacaq. Palataların hər biri süni tənəffüs aparatı və zəruri avadanlıqla təhciz ediləcək.

Koronavirus pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi üçün Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq hər biri 200 yerlik olan 6 modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub. Bu xəstəxanalardan biri Sumqayıt şəhəri, digəri isə Abşeron rayonunda quraşdırılır. Xəstəxanaların bir aya istifadəyə verilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sumqayıda fəaliyyət göstərəcək modul tipli xəstəxana 3 bölmədən ibarət olacaq. Hazırda binanın qurulması üçün beton örtük tökülür. Artıq bölmələrdən birinin beton örtüyü döşənib. Eləcə də əraziyə su, təbii qaz və elektrik enerjisi xətti çəkilib. Xəstəxana 100 palatadan ibarət olacaq. Palataların hər biri süni tənəffüs aparatı və zəruri avadanlıqla təhciz ediləcək. Sahə rəisi Oğuzxan Yılmaz bildirib ki, hər palatada iki yataq var. Ümumilikdə 200 yerlik xəstəxana olacaq. Xəstəxana 3 korpusludur.

Abşeron rayonunun Saray qəsəbəsində də modul tipli xəstəxananın inşasına başlanılıb. Hazırda isə torpaq səthinin düzləşdirilməsi prosesi həyata keçirilir. Saray qəsəbə xəstəxanasının həyətində quraşdırılan modul tipli tibb müəssisəsi 200 çarpayılıq olacaq. Bu xəstəxananın da müasir avadanlıqla təchiz edilməklə bir aya istifadəyə verilməsi nəzərdə tutulur. Ümumilikdə isə “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” dövlət başçısının imzaladığı sərəncamına əsasən, ölkə üzrə hər biri 200 çarpayılıq 6 modul tipli xəstəxana quraşdırılacaq.Sputnik.az




REKLAM