sehiyye.info

Ölkəmizdə ilk modul tipli xəstəxana nə vaxt açılır?

Ölkəmizdə ilk modul tipli xəstəxana nə vaxt açılır?
Yaxın günlərdə modul tipli ilk xəstəxananın, iyunun ayının ortalarına kimi isə digər xəstəxanaların açılışı gözlənilir.

Sehiyye.info xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırda dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına ölkədə 6 modul tipli xəstəxana tikilir. Özəl sektor tərəfindən də 4 xəstəxana tikilir:

“Hər bir xəstəxana 200 çarpayıdan ibarət olacaq. Bununla bizim üçün əlavə 2000 çarpayı imkanı yaradılacaq. Həmin xəstəxanalar tam olaraq oksigenlə təchiz olunacaq. Azərbaycanda yoluxma halı daha çox artarsa, biz bu xəstəxanalardan da istifadə edərək koronavirus xəstələrimizi orada tam rahat şəkildə yerləşdirə biləcəyik”.Axar.az



REKLAM