sehiyye.info

Nazirlik: Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar 41 təcili tibbi yardım briqadası ayrılıb

Nazirlik: Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar 41 təcili tibbi yardım briqadası ayrılıb
Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı davam etdiyi dövrdə, müəyyən olunan yerlərdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Həkimlərin festivalın keçiriləcəyi yerlərdə növbə çəkmələri iyunun ayın 29-na qədər davam edəcək.

Bundan əlavə, bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər.

Əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər.



REKLAM