Meyvə və tərəvəzləri yay mövsümündə çox yeyin.
Pandemiya dövründə ən çox insanları düşündürən məsələ orqanizmdə immunitetin qaldırılması və bunun üçün hansı qidaları qəbul etmək lazım olduğudur.
Sehiyye.info bu barədə öz fikirlərini sizə çatdırır:
Əsasən bu aylarda meyvə tərəvəzin bol olduğunu nəzərə alsaq,həm qiymət baxımından,həm də onun vitaminli və kolorili olması baxımından çox əlverişlidir.Hər meyvədə kifayət qədər vitaminlər var.Orqanizmdə immuniteti qaldırmaq üçün bütün meyvələri və bütün tərəvəzləri ,eləcə də göyərti qəbul etmək lazımdır.
Hansı ay hansı meyvə və tərəvəzlər çıxır?
Mütəxəssislər, sağlam qidalanmaq üçün tərəvəz və meyvələri mövsümündə yeməyin düzgün və vacib olduğunu bildirirlər. Hansı ayda hansı tərəvəz və meyvələrin yeyiləcəyini isə onlar belə sıralayırlar:
İYUN: Albalı, alça, ərik, şaftalı, tut, təzə kartof, təzə paxla, göy noxud, bibər, pomidor, xiyar, kol paxlası.
İYUL: Ərik, şaftalı, yemiş, sarı alça, qarpız, gilas, təzə paxla, badımcan, bolqar bibəri.
AVQUST: Yemiş, armud, şaftalı, albalı, böyürtkən, əncir, üzüm, bibər, balqabaq, qarğıdalı.
Nuş olsun.