sehiyye.info

Dərmanlara verdiyiniz pula bir araba meyvə alarsız.

Dərmanlara verdiyiniz pula bir araba meyvə alarsız.
Yay aylarının tən ortasında bazarda kifayət qədər meyvə növü satılır.Bundan başqa qarpız,yemiş,qarğıdalı və s. giləmeyvələr piştaxtaları bəzəyir.Lakin,xalqımızın maliyyə durumu bunların hamısından istifadə etməyə imkan vermir.Vətəndaşın meyvə almağa ya,pulu çatmır,ya da ki,vacib bilib almır.
Sehiyye.info olaraq bildiririk ki,meyvə,özü də yerli ,təbii, bağ və bostanlarda yetişən müxtəlif meyvələr insan sağlamlığı üçün ən vacib məhsullardır.
Belə ki,bəzi vətəndaşlarımız cüzi bir soyuqdəymə və ya halsızlıq əleyhinə 5-10 manatından keşərək apteklərdən dəman alır.Lakin, bu dərmanlara verilən pullara bir araba meyvə almaq olar.Meyvənin "sezonu"olduğundan çeşid çoxdur.Ərik,şaftalı,gavalı,üzüm,alma,armud və s.Vətəndaş gərək elə meyvələrə üstünlüt versin ki,həmin meyvələr həm soyuqdəyməyə,həm təzyiqə,həm immunitetə yaxşı təsir etsin.Müsahibimiz bazarda meyvə satan Həmid kişi cavanlığında müəllim işləyib.İndi təqaüddə olduğu üçün 8-ci km bazarında meyvə sataraq ailəsini dolandırır.Həmid kişinin dediyinə görə "Nə qədər meyvə çox yeyilərsə immunitet də,bir o qədər güclü olar.İndiki uşaqlar mağazada satılan kimyəvi tərkibli şirniyyatlara üstünlük verirlər
Dərmanlara verdiyiniz pula bir araba meyvə alarsız.

.Bizim vaxtəmızda belə şeylər yox idi.Bağa girərdik,hərəmiz bir-iki kilo meyvə yeyərdik.Ayağıyalın gəzərdik,küçələrdəki su kranından su içərdik.Xəstəlik nə olduğunu bilməzdik."İndiki uşaqlar meyvə yemir,bəziləri heç meyvələri tanımır.Ərik nə olduğunu bilmir.Yazıq uşaq neyləsin ki,əriyin qiyməti 3-4 manatdır.Valideyn ala bilmir.Hələ gilası demirəm.Yaxşı gilas,3 manatdan aşağı olmayıb. Buna baxmayaraq,bazarda müxtəlif çeşidli meyvələr var ki,qiymətləri münasibdir.Məsələn bu gün bazarda ərik 3 m,şaftalı 1.50,gilas 3 m,göyəm 1.20,gavalı 1m,üzüm 1m,alma 1m,armud 1.50 ,qarpız 30 qəpik,yemiş 80 qəpikdir.Axşambazarı getsəz biraz da ucuzluqdur.Vətəndaşlarımız meyvəyə daha çox üstünlük verməyi məsləhətdir.Apteklərdə satılan dərmanların tərkibi,bizim meyvələrin vitaminləri qədər ola bilməz.
Elnarə.Mehtiyeva.



REKLAM