Xanımlar sellülitdən necə xilas ola bilərlər? - TƏBİİ ÜSUL
Yayda qadınlar sellülitlərindən xilas olmaq və arıqlamaq üçün müxtəlif pəhriz saxlamağa başlayırlar.
Sehiyye.info xəbər verir ki, pəhriz və idmanla yanaşı bu meyvələri yemək piylərin tez əriməsinə kömək olacaq.
Yayda sizləri arıqladacaq 11 meyvənin siyahısını təqdim edirik:
Çiyələk – həm C vitamini ilə zəngindir, həm də sellülitləri yox edir.
Gilas – 20 ədəd gilas bir aspirini əvəzləyir. Tərkibindəki E və C vitaminləri piylərin əriməsinə, sağlam arıqlamağa kömək olur.
Şaftalı – Metobolizmi gücləndirir, həzmi yaxşılaşdırır. Tərkibi C, A və B3 vitamini ilə zəngindir.
Alma – arıqlamaq üçün yaşıl alma ən gözəl vasitədir. Tərkibindəki vitaminlər piyləri əridir.
Ərik – Tərkibindəki vitaminlər və minerallar yağları əridir. Bu meyvə həm də sellülit yaranmasının qarşısını alır.
Əncir – Tərkibindəki şəkər insanı tox tutar, iştahı kəsər.
Böyürtkən – 8-10 ədədi 58 kaloridir. B1, B2, C vitamini ilə zəngindir. Sellülit əmələ gəlməsinin qarşısını alır.
Moruq – sellülit yaranmasının qarşısını alır.
Qarpız – Sellülitin düşmənidir. Amma onu miqdarından artıq yemək olmaz.
Manqo – Tərkibindəki C vitamini yağları əridir.
Alça – C və A vitamini ilə zəngindir. Yüksək antioksidant özəlliyi olan alça həmçinin, detoks kimidir. Həzmi yaxşılaşdırır.Publika.az