Cari ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 15 minə yaxın müdavimi olub
Yola saldığımız 2019-cu il Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) kollektivi üçün uğurlu olub.
Sehiyye.info xəbər verir ki, institut tarixində ilk dəfə olaraq tədris ilində təhsil almış müdavimlərin sayı 14 min 486 nəfər olub, ixtisasartırma kurslarının ümumi sayı isə 685-ə çatıb. Onlarla yeni kurslar təşkil edilib, tədris prosesində innovasion metodlardan geniş istifadə edilib, bütün kafedralarda davamlı tibb təhsili sistemi prinsipləri bərqərar olunub.
Bu il institutun elmi fəaliyyəti üçün də uğurlu olub. Əməkdaşlar müxtəlif beynəlxalq elmi tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Onlar il ərzində 4 monoqrafiya, 10 dərslik, 8 dərs vəsaiti, yüzlərlə elmi məqalələr çap etdirib, 2 patent alıblar. Ötən il ərzində əməkdaşlar tərəfindən 3 tibb elmləri doktoru, 12 tibb üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün dissertasiya işləri uğurla başa çatdırılıb.AZƏRTAC