sehiyye.info

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun iki əməkdaşı Cümhuriyyətin yubiley medalı ilə təltif olunublar

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun iki əməkdaşı Cümhuriyyətin yubiley medalı ilə təltif olunublar
Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunanlar arasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları da var. İnstitutun mikrobiologiya və epidemiologiya kafedrasının professoru, Əməkdar elm xadimi Fərxəndə Sadıxova və hematologiya kafedrasının müdiri, dosent, Əməkdar müəllim Elmira Qədimova da həmin medala layiq görülüblər.

Sehiyye.info xəbər verir ki,İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, professor Fərxəndə Sadıxova poliomielit üzrə qlobal proqramın iştirakçısı kimi Dünya Səhiyyə Təşkilatı tərəfindən qızıl medalla təltif edilib. O, poliovirusların təbii ştamlarının yayılmasının qarşısının alınması üzrə milli əlaqələndirici, Taun əleyhinə stansiyanın virusoloji laboratoriyasının rəhbər-məsləhətçisidir.

1990-cı ildən institutda kafedra müdiri vəzifəsində çalışan Elmira Qədimova həm də respublikamızda Elmi-praktik hemofiliya mərkəzinin rəhbəridir. O, 20-dən çox xarici ölkədə hematologiya və transfuziologiya sahəsi üzrə elmi konfrans və simpoziumlarda ölkəmizi layiqincə təmsil edib.



REKLAM