sehiyye.info

Azərbaycanda molekulyar-genetik diaqnostikanın daha da təkmilləşdirilməsinə ehtiyac var

Azərbaycanda molekulyar-genetik diaqnostikanın daha da təkmilləşdirilməsinə ehtiyac var
Azərbaycanda nevrologiya sahəsinə dair belə irimiqyaslı tədbir ilk dəfə keçirilir. İki gündür ki, paytaxtın müxtəlif tibb mərkəzlərində nevroloqlar üçün tədris kursları təşkil olunur. Kurslar gənc nevroloqlar tərəfindən maraqla qarşılanır.

Sehiyye/info xəbər verir ki, bu sözləri Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Milli Nevroloqlar Assosiasiyasının sədri, professor Rəna Şirəliyeva jurnalistlərə müsahibəsində deyib.

“Azərbaycanda nevrologiyaya dair aparılan elmi-tədqiqat işləri ölkəmizdə səhiyyənin bu sahəsinin diaqnostika, müalicə və reabilitasiyasının yüksək səviyyədə olduğunu sübut edir. Lakin nevroloji-irsi xəstəliklərin tədqiqinin, molekulyar-genetik diaqnostikanın daha da təkmilləşdirilməsinə ehtiyac var. İnanıram ki, nevroloqlarımız səylərini artıracaq və yaxın zamanlarda həmin məsələlər öz həllini tapacaq”, - deyə R.Şirəliyeva qeyd edib.
Azərbaycanda molekulyar-genetik diaqnostikanın daha da təkmilləşdirilməsinə ehtiyac var



REKLAM