Keşlə qəsəbəsində baş verən avtoqəzada yaralanan Kliniki Tibbi Mərkəzinə yerləşdirilib
Bakının Keşlə qəsəbəsi "Çermet körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qadın açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Mərkəzdən verilən məlumata görə, yaralının vəziyyəti kritikdir.