sehiyye.info

Binəqədi rayonunda baş vermiş bıçaqlamada yaralanan bacılar Kliniki Tibbi Mərkəzdə müalicə olunurlar

Binəqədi rayonunda baş vermiş bıçaqlamada yaralanan bacılar Kliniki Tibbi Mərkəzdə müalicə olunurlar
Sentyabrın 2-də paytaxtın Binəqədi rayonunda 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudova bıçaqlanıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan bacılara həkimlər bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.Azərtac



REKLAM