sehiyye.info

Bakıda meymun tərəfindən dişlənilən Britaniya vətəndaşı ambulator müalicə alır

Bakıda meymun tərəfindən dişlənilən Britaniya vətəndaşı ambulator müalicə alır
Sentyabrın 25-də paytaxtda Böyük Britaniya vətəndaşını meymun dişləyib. Saat 21:11-də 58 yaşlı britaniyalı sol saidin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həkimlər onu 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıblar.

KTM-dən aldığımız məlumata görə, Böyük Britaniya vətəndaşının yarası işləndikdən sonra ona zərdab vurulub. Hazırda ambulator müalicə alır. Yaralı həkimlərə meymun tərəfindən dişləndiyini bildirib.Azərtac



REKLAM