sehiyye.info

Məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğında xəsarət alanların səhhəti normaldır

Məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğında xəsarət alanların səhhəti normaldır
Aprelin 10-da paytaxtın Babək prospektində yerləşən məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğın zamanı xəsarət alanlara ilkin tibbi yardım göstərilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə 8 nəfər Təcili Tibbi Yardım Stansiyasına müraciət edib. Xəsarət alanlardan 2 kişi, 3 qadın və 1 uşağa yerində tibbi yardım göstərilib. Hadisə zamanı qorxaraq özünü binanın üçüncü mərtəbəsindən atan məcburi köçkün Sabunçu rayonundakı 3 saylı şəhər klinik xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu qoyulub və hazırda vəziyyəti orta-ağırdır.

Xəsarət alanlardan 1 nəfəri isə toksikologiya şöbəsinə yerləşdirilib, tibbi yardım göstərilib. Hazırda vəziyyəti yaxşıdır.



REKLAM