QƏLYAN VƏ ONUN ZIYANI
Hal-hazırda gənclər arasında qəlyanın siqaretə nisbətən sağlamlığa daha az ziyan vurması barədə fikirlər vardır. Doğurdan da bu belədi ?
Son on ildə qəlyana yalnız şərq bəylərinin xalçalarında yox, şəhərimizin hər bir çay evində rast gəlmək mümkündü. Gəlin etiraf edək ki, hər birimiz dostlarımızla birgə alma və ya portağal aromatlı qəlyanı tüstülədərək vaxtımızı keçirmişik. Bir çoxumuz isə qəlyanın sağlamlığımıza olan ziyanından xəbərsizik.
Sehiyye.info xəbər verir ki qəlyan üçün tütün 3 cürə olur: : tumbak, mu’essel və jurak. Tumbak adi tütündən təşkil olunub və tərkibində nikotinin miqdarı çoxdu. Nikotin su ilə isladılır, sıxılır sonra qəlyana əlavə olunur. Bu növ tütün əsasən İranda məhşurdu. Ən çox yayılan tütün növü mu’esseldi. Tərkibində 70 % bal, meyvə aromatlar və qliserin vardı. Jurakdan demək olar ki, çox az istifadə olunur.
Qəlyan çəkən zaman tütün yanan kömürlərin nəticəsində hərəkət edir, bu zaman yaranan tüstü əvvəlcə suya gedir, orda təmizlənir və sonda çəkən adamın ciyərlərinə daxil olur. Tüstü suda olan zaman 90 % fenol və 50 % digər zərərli maddələr suda qalır. Bundan başqa ciyər qoruyucularına mənfi təsir göstərən asetaldehidlər də suda qalır, və insan orqanizminə daxil olmurlar. Suda gedən filtrasiyaya görə qəlyanın tüstüsü insanın boğazını qıcıqlandırmır. İlk baxışdan hər şey əla görünür. Lakin heç də hər şey göründüyü kimi deyil. Qəlyan çəkən zaman sudan keçən tüstünü xaricə çıxarmaq üçün daha çox güc sərf eləməlidi. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən, bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. Nəzər alın ki, su tüstünü zərərli maddələrdən tamamilə təmizləmir və həmin maddələr ciyərin daha dərin qatlarına gedir. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman baş gicəllənməsi və ürək bulantısı da bununla bağlıdı.
Misirdə aparılan son təcrübələr göstərir ki, daima qəlyan çəkənlərin ağız boşluğundakı selikli qişasındakı xromosomlar ilə siqaret çəkənlərin xromosomları arasında heç bir fərq yoxdu. Bu da həmin nahiyədə bədxasiyyətli şişlərin yaranmasına səbəb ola bilir. (Marifia)