sehiyye.info

Bədbəxt hadisə nəticəsində 19 nəfər xəsarət alıb - Səhiyyə Nazirliyi

Bədbəxt hadisə nəticəsində 19 nəfər xəsarət alıb - Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi Şəki Xan Sarayında qeydə alınan bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.
Onlardan ikisi hospitalizasiya edilib. 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir.

Bildirilib ki, paytaxtdan iki nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəssislər çağırılıb.



REKLAM