Rusiyada təhlükə: 500 nəfər virusa yoluxdu...
Rusiyanın Saratov vilayətində yaz mövsümü başlayandan 500-dən çox şəxs böyrək sindromlu, qanaxmalı qızdırma virusuna yoluxub.
Sehiyye/info Trend-ə istinadən bildirir ki, bugünədək onlardan 333 nəfəri xəstəxanalarda müalicə olunmaqda davam edir.
Bir müddət əvvəl vilayət rəhbərliyi uşaqların yay düşərgələrinə getməsini qadağan etmişdi.
Hazırda virusun yayılma mənbəyi ilə bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, böyrək sindromlu, qanaxmalı qızdırma böyrəklərin zədələnməsi ilə müşayiət olunan kəskin virus xəstəliyidir.