sehiyye.info

Tibbi profilaktik müayinələrdən 5 milyon 455 min 745 nəfər yararlanıb

Tibbi profilaktik müayinələrdən 5 milyon 455 min 745 nəfər yararlanıb
Prezident İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən ölkə əhalisinin tibbi profilaktik müayinəsi başa çatıb. Üç ay davam edən müayinə tədbirləri fevralın 12-dən mayın 12-dək aparılıb.

Sehiyye.info bildirir ki,Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin müddətdə tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 455 min 745 nəfər yararlanıb. Müraciət edənlərin 279349 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.

Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 104 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb.

Müayinələr zamanı 21426 nəfər hospitalizasiya olunub, 56083 şəxs dispanser nəzarətinə alınıb, 1802587 nəfər əlavə müayinələrə cəlb olunub.

Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 99 min 233 nəfər müalicə olunub.



REKLAM