Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb
Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb.
Sehiyye.info xəbər verir ki,Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə zamanı 9 nəfər yaralanıb, 1 uşaq aldığı xəsarətlərdən yerində ölüb. İki nəfərə yerində tibbi yardım göstərilib.
Məlumata görə, sürücü də daxil olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan altısının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.