sehiyye.info

Səhiyyə Nazirliyi Masallıda avtoqəza ilə bağlı ilkin məlumat yayıb

Səhiyyə Nazirliyi Masallıda avtoqəza ilə bağlı ilkin məlumat yayıb
Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub və hadisə nəticəsində 8 nəfər ölüb. Ölənlərdən 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bir nəfər müxtəlif dərəcəli xəsarətlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.



REKLAM