Çoxunun əziyyət çəkdiyi fəqərəarası disk yırtığı barədə. Həkim məsləhəti
Gün ərzində rastlaşdığımız hər on nəfərdən 7-8-i bel və onurğa ağrılarından şikayət edir, bir çoxları müalicələrin effektsiz olduğundan şikayətlənir, hətta daha yaxşı həkim sorağı olə xəstəxanaları da gəzir. Fəqərələrarası disk yırtığı barədə isə eşitmək belə istəmirlər. Əslində isə təyinatı üzrə həkim müayinəsindən keçməlidir. Çünki bel ağrılarının heç də hamısı onurğa problemləri ilə əlaqəli ola bilməz.
Təəssüflər olsun ki, indiki vaxtda hələ də həkim müayinəsindən keçməkdənsə, ara həkimlərin məsləhəti, türkəçarələrlə onurğa ağrısını kökündən həll edə biləcəyini düşünən insanlarımız var. Düzdür, türkəçarələr də effektlidir, yetər ki, bu işlə məşğul olanlar da savadlı, tibbi elmə malik olsunlar.
Sehiyye.info xəbər verir ki, mövzudan da bəlli olduğu kimi, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, terapevt, Nərminə Abbasova ilə budəfəki söhbəti bel ağrıları, fəqərələrarası disk yırtığından, onun müalicə üsulundan olacaq.
Səbəblər barədə :
Fəqərəarası disk yırtıqları onurğanın osteoxondrozunun ən geniş yayılmış ağırlaşmalarından hesab olunur. Onun yaranmasına səbəb olan amillər aşağıdakılardır:
Qamətin düzgün olmaması (skolioz, kifoskolioz), yaxşı inkişaf etməmiş əzələ korseti, patoloji hərəkəti və mövqeyi (pozizasiya) stereotipləri.
Hipodinamik həyat tərzi, uzun müddət eyni vəziyyətdə qalma, statik yüklər.
İdmanın güc və kontakt növləri, ağırlıqların düzgün qaldırılmaması.
Travmalar.
Sümük, qığırdaq, birləşdirici toxumaların, onurğa sütununun anadangəlm inkişaf anomaliyaları.
Yaş dəyişiklikləri, osteoporoz.
Disk yırtıqları nəticəsində meydana gələn ağrı və nevroloji sindromların ilkin təzahürləri zamanı farmakoterapiyadan istifadə edilir. Bu məqsədlə analgetiklər, steroid və qeyri-steroid iltihab əleyhinə preparatlar, vitamin terapiyası, xondroprotektorlar, miorelaksantlar, qan dövranını yaxşılaşdıran preparatlar Istifadə edilir.
Dərman müalicəsinin fizioterapiya ilə birgə tətbiqi yaxşı effekt verə bilər. Diadinamik cərəyanlar, maqnitoterapiya kimi üsullar özlərini çox yaxşı tərəfdən göstərmişlər. Elektroforez vasitəsilə zədələnmiş nahiyəyə müəyyən dərman preparatlarının yeridilməsi üsulu da çox effektiv hesab olunur.
Fizioterapiyada disk yırtıqlarının müalicəsində ağrı sindromunun aradan qaldırılması məqsədi ilə novocain, kalii yodla elektrofarez, ultrasəs terapiyası müsbət effekt verir. Bundan əlavə dözülməz ağrı sindromunda prosesə məruz qalmış nahiyyəyə yüksək tezlikli lazer terapiyası tətbiq edilir. Göstərilən fizioterapevtik metodlarla yanaşı son dövrlərdə bir çox xarici ölkələrdə (ABŞ, Kanada, Avropa ölkələri) tətbiq edilən Spinal Dekompression Müalicə metodu ilə – cərrahiyyəsiz, dərmansız fəqərəarası disk yırtıqlarının müalicəsi aparılır. Spine MED-lə müalicə 30 dəqiqə ərzində tam ağrısız, təhlükəsiz və xəstə üçün rahat, istirahət vəziyyətində aparılır. Bu aparat lokal olaraq kompressiyaya məruz qalmış fəqərələrin dartınması vasitəsilə sıxılmaya məruz sinir uclarından yaranmış təzyiqin aradan qaldırılmasına yönəldilmişdir. Müalicə kursu xəstəliyin gedişindən asılı olaraq 15-25 seans təşkil edir
“Eyni zamanda, ekoloji mühitin çirklənməsi, qidalanma faktoru, metobolik xəstəliklər, travmalar da disk yırtıqlarının yaranmasına səbəb olur. Vaxtilə disk yırtıqlarına daha çox yaşlı insanlar arasında rast gəlinsə də, bu xəstəlik son zamanlar hətta yeniyetmələr arasında da yayılmağa başlayıb”.
Həkim terapevt bildirdi ki, fəqərələr arası disk yırtıqlarının 65 %-i onurğanın bel-oma nahiyəsinin payına düşür. Onun sözlərinə görə, təxminən 31-32 faiz boyun nahiyəsində, 2-3 faizi isə döş fəqərələrinin arasında rast gəlinir. Çünki bel və boyun nahiyələri daha hərəkətlidir.
Disk yırtıqlarının ölçüsünün müalicə taktikasının seçilməsində o qədər də böyük əhəmiyyət kəsb etmədiyini vurğulayan Nərminə xanımın sözlərinə görə, bütün dünyada disk yırtıqlarının ölçüsü yox, xəstənin vəziyyəti əsas hesab olunur:
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95