Bel fəqərəarası disk yırtıqları fizioterapiya ilə sağalırmı...
Onurğa problemlərini massaj və fizioterapiya ilə sağaltmaq mümkündür.
Bu sözləri Sehiyye.info saytına tanınmış həkim terapevt,"MayoMed " Klinikasının həkimi Nərminə Abbasova deyib.
Disk yırtıqlarının 90 faizi normal halda konservativ müalicə edilir. Azərbaycanda belə bir dəb var. Adətən, deyirlər ki, "mənimi bel yırtığım neçə millimetrdir və bunu əməliyyat etdirsəm necə olar?"
Əslində bu, millimetrlə ölçülən bir şey deyil. Hər hansı sinir kökcüklərinə basqı yoxdursa, həmin yırtığın neçə millimetr olmasının önəmi yoxdur".
Nərminə Abbasovanın sözlərinə görə.klinikaya müraciət edən xəstələrin əksəriyyəti manual terapiya,massaj və fizioterapiya ilə müalicə olunub.Təbii ki,bu yırtıqlar bir kursla sağala bilməz.Mütəmadi olaraq və ən azı 6 aydan bir bir kurs müalicə almaqla öz rahatlığınız üçün şərait yarada bilərsiz.
Bunun üçün cərrahi əməliyyata tələsmək lazım deyil.
"Sadəcə, bir az səbrli olmaq, müəyyən fizioterapevtik üsullardan istifadə edərək, bunun qarşısını almaq olur.
Fəqərə arası disk yırtığının ən böyük səbəblərindən biri çəkinin çox olmasıdır. Digər tərəfdən, bəzən insanların normal səviyyədən çox yük qaldırması,yöndəmsiz halda əyilmək,avtomobilə minib düşərkən qəfil hərəkətlər və s. onurğada problem yarada bilir.
Həkim vurğulayıb ki, fəqərəarası gisk yırtığı probleminin aradan qaldırılmasında yüngül idman,xüsusilə də, üzgüçülüklə məşğul olmağın yetərincə əhəmiyyəti var: "Üzmək bel əzələlərinin güclənməsində böyük rol oynayır. Digər tərəfdən, üzgüçülük təbii su masajı kimi bir şeydir. Üzgüçülüyün insana böyük faydası var və burada zədələnmə riski də çox aşağıdır".
Sonda Nərminə həkim məsləhət gördü ki,bel ağrıları baş verirsə,dərhal həkimə müraciət etmək lazımdır.Çünki,vaxtında bunun qarşısı alınmazsa daha böyük problemlər yarana bilər.
Əlaqə :
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207