Fəqərəarası disk yırtığı. Həkim müalicəsi, yoxsa türkəçarələr?
“Disk yırtıqlarının 75%-ini fizioterapiya ilə müalicə etmək mümkündür”
Gün ərzində rastlaşdığımız hər on nəfərdən 7-8-i bel və onurğa ağrılarından şikayət edir, bir çoxları müalicələrin effektsiz olduğundan şikayətlənir, hətta daha yaxşı həkim sorağı olə xəstəxanaları da gəzir. Fəqərələrarası disk yırtığı barədə isə eşitmək belə istəmirlər. Əslində isə təyinatı üzrə həkim müayinəsindən keçməlidir. Çünki bel ağrılarının heç də hamısı onurğa problemləri ilə əlaqəli ola bilməz.
Təəssüflər olsun ki, indiki vaxtda hələ də həkim müayinəsindən keçməkdənsə, ara həkimlərin məsləhəti, türkəçarələrlə onurğa ağrısını kökündən həll edə biləcəyini düşünən insanlarımız var. Düzdür, türkəçarələr də effektlidir, yetər ki, bu işlə məşğul olanlar da savadlı, tibbi elmə malik olsunlar.
Mövzudan da bəlli olduğu kimi, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA ilə budəfəki söhbəti bel ağrıları, fəqərələrarası disk yırtığından, onun müalicə üsulundan olacaq.
Fəqərələrarası disk yırtıqlarının əsas səbəbləri
Oturaq həyat tərzinin fəqərələrarası disk yırtıqlarının əsas səbəblərindən biri olduğunu bildirən Nərminə xanım qeyd etdi ki, son dövrlərdə çox ciddi narahatlıq törədən disk yırtıqları geniş şəkildə yayılmaqdadır:
“Eyni zamanda, ekoloji mühitin çirklənməsi, qidalanma faktoru, metobolik xəstəliklər, travmalar da disk yırtıqlarının yaranmasına səbəb olur. Vaxtilə disk yırtıqlarına daha çox yaşlı insanlar arasında rast gəlinsə də, bu xəstəlik son zamanlar hətta yeniyetmələr arasında da yayılmağa başlayıb”.
Həkim terapevt bildirdi ki, fəqərələr arası disk yırtıqlarının 65 %-i onurğanın bel-oma nahiyəsinin payına düşür. Onun sözlərinə görə, təxminən 31-32 faiz boyun nahiyəsində, 2-3 faizi isə döş fəqərələrinin arasında rast gəlinir. Çünki bel və boyun nahiyələri daha hərəkətlidir.
Disk yırtıqlarının ölçüsünün müalicə taktikasının seçilməsində o qədər də böyük əhəmiyyət kəsb etmədiyini vurğulayan Nərminə xanımın sözlərinə görə, bütün dünyada disk yırtıqlarının ölçüsü yox, xəstənin vəziyyəti əsas hesab olunur:
“Fizioterapiyanın əsas işi ağrını tez kəsmək yox, müalicə etməkdir”
“Disk yırtıqlarının 75%-ini fizioterapiya ilə müalicə etmək mümkündür. Bəzi insanlarda elə təsəvvür var ki, fizioterapiya müalicəsi tez bir zamanda ağrını kəsmək üçündür. Amma fizioterapiyanın əsas işi ağrını tez kəsmək yox, müalicə etməkdir. Yəni bu müalicənin nəticəsi çox tez yox, bir müddət sonra hiss olunur. Ən əsası isə xəstə həkimin göstərişlərinə əməl etməzsə, fizioterapiyanın heç bir nəticəsi olmaz”.
Həkim deyir ki, digər bir vacib məsələ xəstənin həkimə nə zaman müraciət etməsidir. Təbii ki, çox gec, xəstəlik şiddətlənən mərhələdə müraciət edilirsə, problemin fizioterapiya ilə müalicəsi çətinləşir. Həkimin sözlərinə görə, bu zaman istər-istəməz cərrahi metod qaçılmaz olur.
Nərminə xanım onu da əlavə etdi ki, disk yırtıqları zamanı korsetlərdən istifadə əzələlərin zəifləməsinə və digər fəqərələrdəki yırtıqların böyüməsinə səbəb olur:
“Bir vacib amili də diqqətə çatdırmaq istəyirəm ki, hamilə qadınlar, onkoloji xəstələr və ürəyinə biostimulyator taxılmış insanlar üçün fizioterapiya əks göstəriş sayılır. Çox zaman fizioterapevtik, daha doğrusu elektroterapevtik müalicə prosedurları 10-15 gün müddətinə təyin edilir. Bu, doğru yanaşma deyil.
Qeyd edim ki, dünya standartlarında elektroterapiyanın müddəti 21 gündür. 7-8, 10 gün ərzində aparılan fizioterapiya problemi daha da oyadır, ağrıları artırır. Müalicəsini bu müddətdə başa çatdırmaq ağrını oyadıb, xəstəni yola salmaq deməkdir. Yalnız 20-21 gün aparılan müalicənin effektli ola bilər”.//versus
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95