sehiyye.info

Disk yırtığı,müayinə və müalicəsi.Həkim məsləhəti

Disk yırtığı,müayinə və müalicəsi.Həkim məsləhəti
Zəmanəmizin bəlası sayılan disk yırtığı insanları daha çox narahat etməyə başlayıb.
Bu xəstəliyin müayinəsi,müalicəsi barədə tanınmış həkim terapevt Nərminə Abbasova sehiyye.info saytına danışıb: Disk yırtığı fəqərəarası diski əhatə edən lifli halqanın qopmasıdır. Bu qırılma diskin mərkəzi hissəsinin sərbəst buraxılmasına səbəb olur ki, bu da jelatin nüvəsi pulposus adlı bir maddəni ehtiva edir. Onurğaların yuxarı və aşağı hissəsindən təzyiqlə pulpoz nüvəsi çıxır, yaxınlıqdakı sinir strukturlarına təzyiq edir və şiddətli ağrı və sinir zədələnməsinə səbəb olur.
Disk yırtıqları ən çox bel nahiyəsində baş verir və bəzən disk ekstruziyası kimi də adlandırılır.
Tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar
Bud və baldır əzələlərində olan ağrı
Ayaqlarda uyuşma, keylik, yandırma, göynəmə, soyuma hissiyyatı
Hərəkət məhdudluğu
Baldır əzələlərində qıcolma (kramp)
Antalgik pozisiya (ağrı ilə əlaqədar beldə əyrilik)
Yeriyən və oturan zaman ağrıların olması bel yırtğının ələmətləridir. Bel yırtığının pəncədə iflic, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi ağırlaşmaları meydana çıxa bilər.
Fəqərəarası disk yirtıqlarının səbəbləri

Fəqərəarası disk yırtıqları onurğanın osteoxondrozunun ən geniş yayılmış ağırlaşmalarından hesab olunur. Onun yaranmasına səbəb olan amillər aşağıdakılardır:

Qamətin düzgün olmaması (skolioz, kifoskolioz), yaxşı inkişaf etməmiş əzələ korseti, patoloji hərəkəti və mövqeyi (pozizasiya) stereotipləri.
Hipodinamik həyat tərzi, uzun müddət eyni vəziyyətdə qalma, statik yüklər.
İdmanın güc və kontakt növləri, ağırlıqların düzgün qaldırılmaması.
Travmalar.
Sümük, qığırdaq, birləşdirici toxumaların, onurğa sütununun anadangəlm inkişaf anomaliyaları.
Yaş dəyişiklikləri, osteoporoz.
Disk yırtığı,müayinə və müalicəsi.Həkim məsləhəti
Disk yırtığının müalicəsi
Bel fəqərə arası disk yırtığının müalicəsi aşağıdakılardan ibarətdir:

Medikal (dərman) müalicəsi
Fizioterapiya
Epidural steroid inyeksiyası
Cərrahiyyə
Disk yırtıqları nəticəsində meydana gələn ağrı və nevroloji sindromların ilkin təzahürləri zamanı farmakoterapiyadan istifadə edilir. Bu məqsədlə analgetiklər, steroid və qeyri-steroid iltihab əleyhinə preparatlar, vitamin terapiyası, xondroprotektorlar, miorelaksantlar, qan dövranını yaxşılaşdıran preparatlar Istifadə edilir.

Dərman müalicəsinin fizioterapiya ilə birgə tətbiqi yaxşı effekt verə bilər. Diadinamik cərəyanlar, maqnitoterapiya kimi üsullar özlərini çox yaxşı tərəfdən göstərmişlər. Elektroforez vasitəsilə zədələnmiş nahiyəyə müəyyən dərman preparatlarının yeridilməsi üsulu da çox effektiv hesab olunur.

Fizioterapiyada disk yırtıqlarının müalicəsində ağrı sindromunun aradan qaldırılması məqsədi ilə novocain, kalii yodla elektrofarez, ultrasəs terapiyası müsbət effekt verir. Bundan əlavə dözülməz ağrı sindromunda prosesə məruz qalmış nahiyyəyə yüksək tezlikli lazer terapiyası tətbiq edilir. müalicə 30 dəqiqə ərzində tam ağrısız, təhlükəsiz və xəstə üçün rahat, istirahət vəziyyətində aparılır. Bundan əlavə müxtəlif aparatlar vasitəsilə lokal olaraq kompressiyaya məruz qalmış fəqərələrin dartınması vasitəsilə sıxılmaya məruz sinir uclarından yaranmış təzyiqin aradan qaldırılmasına yönəldilmişdir. Müalicə kursu xəstəliyin gedişindən asılı olaraq 15-25 seans təşkil edir. Aşağıdakı xəstəliklər zamanı fizioterapevtə müalicəyə müraciət edilir:
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95



REKLAM