sehiyye.info

Yatmazdan qabaq 2 MANDARİN YESƏNİZ...-

Yatmazdan qabaq 2 MANDARİN YESƏNİZ...-
Ləzzəti və faydalarıyla sitrus meyvələri arasında ən çox sevilən vitamin deposu mandarinin soyuqdəyməyə necə faydalı olduğunu hər birimiz bilirik. Amma mandarinin faydaları bununla bitmir. Özəlliklə hamilə qadın və uşaqlara bu meyvənin təsirləri möcüzə yaradacaq qədər çoxdur.

Videomuza keçməzdən əvvəl kiçik xatırlatma. Mandarin sitrus meyvəsi olduğu üçün çox yeyilən zaman insanlarda allergik təsirlər yarada bilir. Bu meyvəni qədərində yeməkdə fayda var. Bəs qədəri nə qədərdir? Buyrun, izləyin.

Mandarinin vətəni olan Çində yüksək rütbəli məmurlara o vaxt "mandarin" deyilirdi. Meyvə o zamanlar bahalı idi və onu yalnız məmurlar, yəni mandarinlər yeyə bilirdi. Elə ona görə meyvəyə də "mandarin" adı verilib.

Mandarinin nəinki özü, hətta qoxusu insan sağlamlığına və əhvalına müsbət təsir edir - əhvalı yaxşılaşdırır, stressi və sinir gərginliyini azaldır, sakitləşdirir. Axşam yeməyindən sonra mandarin yemək yuxusuzluğu aradan qaldırır.

C vitamin ilə zəngin olan mandarinin tərkibində B1 və B2, D vitamini, efir yağları, pektinlər, orqanik turşular, kalsium, maqnezium, kalium və s. faydalı maddələr var. Bu maddələr xüsusilə bədənin itirdiyi enerjini qazanması və yorğunluğun aradan qaldırılmasına kömək edir.

Mandarinin tərkibindəki C vitamini immun sistemini möhkəmləndirir, qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır. Dərinin sağlamlığına müsbət təsir göstərir və canlanmasına kömək edir.

Mandarin ürək-damar sisteminə təsiri

Bu meyvə ürək damarlarının sağlamlığını və elastikliyini qoruyur, ürəyi möhkəmləndirir. Xüsusilə də mandarinin ağ qabığında olan "qlikozid" adlı maddə damar və kapilyarların sağlamlığı üçün çox faydalıdır. Məhz bu səbəbdən mütəxəssislər mandarini ağ qabıqları ilə birlikdə yeməyi tövsiyə edirlər. Xolesterin və yüksək təzyiqin azaldılması üçün çox faydalıdır.

Mandarinin tərkibində olan bəzi amin turşuları bronxları selikdən təmizləməyə kömək edir. Məhz bu xüsusiyyətə görə onun şirəsi bronxit və astma xəstələri üçün əsl təbii dərmandır.

Mandarin qurd, göbələk və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, orqanizmi toksinlər və şlaklardan təmizləyir, ümumi möhkəmləndirici təsir edir, orqanizmin tonusunu qaldırır. Mədə və bağırsaq florasını təmizləyir. Dırnaqlardakı göbələk yaralarına qarşı bir şəfa təsiri var.

Ətraflı
Mandarin təbii antidepressantdır. Mütəxəssislər streslə mübarizə etmək üçün mandarin efir yağını qoxulamağı tövsiyə edirlər. Daha sadə üsul - mandarinin qabıqlarını əlinizdə əzin və qoxulayın.

Mandarinin tərkibində olan fitonsidlər soyuqdəymə və qrip xəstəlikləri ilə mübarizə etməyə kömək edir.

Bu meyvənin hamilələrə təsirinə gəlincə, bu meyvə hamilələr üçün əvəzedilməz qidadır. Mandarində bayaq da dediyimiz kimi, C vitamini çox olduğundan hamilələri həssas dönəmdə xəstələnməkdən qoruyur.

Tərkibi dəmirlə zəngin olduğu üçün mandarin hamilələrdə qanazlığını əngəlləyir və qandakı hemoqlobini yüksəldir. Mandarinin tərkibində körpənin inkişafı və sağlam olması üçün əvəzolunmaz maddə sayılan fol turşusu var. Fol turşusu körpənin sinir sistemini, sümük inkişafını yaxşılaşdırma qabiliyyətinə malikdir. Həmçinin liflə zəngin olan mandarin hamilələrin ən çox şikayət etdikləri problem olan - qəbizliyin qarşısını almaq üçün ideal meyvədir.

Lakin onu da nəzərinizə çatdıraq ki, mandarin müəyyən qrup insanlara üçün ziyanlı ola bilər. Bütün sitrus meyvələri kimi, mandarin da güclü allergik xüsusiyyətlərə malikdir. Bundan əlavə kolit, qastrit, mədə və 12-barmaq xorası xəstəliyi, xolesistit, bəzi böyrək xəstəllikləri olan insanlar bu meyvədən çox etməməlidir.

Mandarin yağı kosmetologiyada geniş istifadə olunur. Bu yağ dərini daha yumşaq və elastik edir. Apteklərdə satılan mandarin yağını müxtəlif qidalandırıcı maskalara əlavə etmək olar.

İmmunitet sistemini gücləndirən bu meyvəni eyni zamanda cem hazırlayarkən də istifadə edə bilərsiniz. Ayrıca qabıqlarından əldə edəcəyiniz qoxu sayəsində evinizi xoş ətirli edə bilərsiniz.



REKLAM