sehiyye.info

Vitamini özündən çox qabığında olan - 5 meyvə

Vitamini özündən çox qabığında olan - 5 meyvə
Meyvə qabıqları çox vaxt atılsa da, onlar ən azı meyvələri qədər vitaminli və faydalıdırlar.

Hətta aralarında elələri var ki, qabıqlarında olan vitaminlər özündən daha çoxdur.

Bizim.Media qabığı faydalı olan 5 meyvəni təqdim edir:

Portağal qabığı - Portağal qabığı xolesterolu aşağı salmaqda ən böyük köməkçidir. Qanın dövretməsini artırır və ürək xəstəliklərinə qarşı dözümlülük yaratmaqla yanaşı, dəri xərçənginin qarşısını alır.

Kök qabığı - Prostat, mədə, süd vəzi və ağ ciyər kimi xərçəng növlərinə qarşı qoruyucu tərəvəz olan kök qabığı xolesterolu aşağı salır, gözdə kataraktanın yaranmasının qarşısını alır.

Qreyfrut qabığı - Çox faydalıdır, infarkt və iflic kimi yaşana biləcək sağlamlıq problemlərini azaldır. Qreyfrutun qabığından tam faydalana bilmək üçün bıçaq vurmadan istifadə edin.

Alma qabığı - Almanın sağlamlığa olan faydalarından yaxşı istifadə etmək üçün onu qabığı ilə birlikdə yeyin.

Mandarin qabığı - Flavonoidlə zəngin olan mandarin qabığı, adətən bir dərmandır. İmmun sistemini gücləndirmək, dərini cavanlaşdırmaq, sinirləri sakitləşdirmək, dəri xərçənginə və problemlərinə qarşı mübarizə aparmaqda müsbət təsirləri var.



REKLAM