sehiyye.info

Dünyada ilk: Narkomaniyaya qarşı peyvənd hazırlandı

Dünyada ilk: Narkomaniyaya qarşı peyvənd hazırlandı
Amerikalı alimlər narkomaniyaya qarşı dünyada ilk peyvənd hazırlayıblar.

Sehiyye.info xəbər verir ki, bu barədə “Pharmaceutics” nəşri məlumat yayıb.

Peyvənd Hyuston və Yeni Orleandakı tədqiqat mərkəzləri və universitetlərin alimləri tərəfindən yaradılıb.

“Bizim peyvəndimiz fentanilin beyinə çatmasının qarşısını alan və onun böyrəklər vasitəsilə xaric edilməsinə imkan verən anticisimlər yaratmağa qadirdir”, - araşdırmanın müəllifi, Hyuston Universitetinin dosenti Kolin Heyl deyib.

Aşardırmaçıların sözlərinə görə, peyvənddən sonra insan eyforik vəziyyətə düşmür və ağlı başında olur.

Bildirilib ki, peyvəndin ilk sınaqları siçanlar üzərində aparılıb və heç bir yan təsirə səbəb olmayıb. Onun üçün də tədqiqatçılar yaxın günlərdə peyvəndi sınaqdan keçirmək niyyətindədirlər.//axar.az



REKLAM