Dünyada bir ilk: Nəfəs yolu ilə peyvənd veriləcək
![]()
Dünyada ilk dəfə nəfəs yolu ilə qəbul edilən peyvənd Çində keçirilən sağlamlıq sərgisində təqdim edilib.
Sehiyye.info xəbər verir ki, Çinin Haikou şəhərində keçirilən sağlamlıq sərgisində təqdim edilən 2 faza peyvəndin klinik sınaqları təcili istifadə üçün təsdiqlə müsbət nəticə verib. Nəfəs yolu ilə ilk peyvənd süni nəfəs aparatı vasitəsilə tətbiq edilir.
Peyvəndin 2020-ci ilin sentyabrında başlayan klinik sınaqları Hərbi Elmlər Akademiyasının Hərbi Tibb İnstitutunun və Uhan Universiteti Xəstəxanasının tədqiqatçıları tərəfindən birgə aparılıb.