sehiyye.info

Yapon alimlər koronavirusa qarşı ömürlük immunitet yaradacaq peyvənd hazırlayır

Yapon alimlər koronavirusa qarşı ömürlük immunitet yaradacaq peyvənd hazırlayır
Professor Mitinori Koharonun rəhbərlik etdiyi Tokio Universitetindən olan bir qrup alim COVID-19-a qarşı ömürlük immunitet yaradacaq peyvənd üzərində çalışır.


Alimlər bunun üçün çiçək xəstəliyinə qarşı peyvəndi əsas götürüblər.

“Çiçək peyvəndi virusu vektorundan istifadə olunan preparatlar dünyada ən güclü sayılır”, - deyə M.Kohara bildirib.

Sözügedən peyvəndin kliniki sınaqlarının birinci və ikinci fazası 2023-cü ilin ilk yarısında keçiriləcək.//oxu.az



REKLAM