sehiyye.info

Ötən il ambulator-poliklinik müəssisələrə 46 milyon 923 min müraciət qeydə alınıb

Ötən il ambulator-poliklinik müəssisələrə 46 milyon 923 min müraciət qeydə alınıb
Ötən il Azərbaycanda təcili tibbi yardım stansiyalarının sayı 79-a bərabər olub. 2018-ci ildə ambulator yardımı və çağırış zamanı 1 milyon 721 min 100 nəfərə tibbi yardım göstərilib. Ambulator-poliklinik müəssisələrin sayı 1741-ə bərabər olub və 46 milyon 923 min müraciət qeydə alınıb.

Sehiyye.info bildirir ki,bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən il kənd yerlərində 1777 tibb məntəqəsi fəaliyyət göstərib. Həmin məntəqələrə isə 2 milyon 344 min müraciət daxil olub.



REKLAM