sehiyye.info

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına 2018-ci ildə müraciət edənlərin sayı 140 mini keçib

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına 2018-ci ildə müraciət edənlərin sayı 140 mini keçib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Sehiyye.info bildirir ki,Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə klinikanın baş həkimi, professor Ramiz Poluxovun hesabatı dinlənilib. Hesabatda bildirilib ki, klinikada 14 kafedra, 29 şöbə, 545 işçi fəaliyyət göstərir və 405 çarpayı var. O cümlədən müəssisədə 381 kafedra həkimi, 51 klinika həkimi, 169 tibb bacısı, 98 kiçik tibb bacısı çalışır.

2018-ci ildə klinikaya müraciət edənlərin sayı 141 min 452 nəfər, poliklinik xəstə sayı 142 min 447 nəfər təşkil edib. Ötən il stasionara daxil olmuş xəstə sayı 18 min 491, əməliyyat olunmuş xəstə sayı isə 10 min 195 nəfərə bərabər olub. Laboratoriya şöbəsinə qeydiyyat sayı 258 min 877 nəfər təşkil edib.

Klinikanın direktoru, professor Surxay Hadıyev hesabatın qənaətbəxş hesab edilə biləcəyini deyib. Direktor şöbə təmsilçilərini nizam-intizam qaydalarına daha diqqətli yanaşmağa çağırıb.

Sonra çıxış edənlər hesabatla əlaqədar öz rəylərini bildiriblər. Yekunda hesabat qəbul edilib.

REKLAM