sehiyye.info

Ötən il ölkəmizdə 2,4 milyon uşaq müayinə olunub

Ötən il ölkəmizdə 2,4 milyon uşaq müayinə olunub
Ötən il ölkəmizdə 2 milyon 430 mindən çox uşaq profilaktik müayinələrdən keçib.
Sehiyye.info bildirir ki,bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Müayinədən keçənlərin 2 min nəfərdə eşitmə qabiliyyətinin zəif olduğu müəyyən edilib. Bu, müayinədən keçənlərin 0,1 faizini təşkil edir.

Uşaqlardan 13,4 min nəfərində görmə zəifliyi, 2,3 min nəfərində danışıq qüsuru, 2,6 min nəfərində skolioz, 1,5 min nəfərində qamət pozğunluğu olduğu aşkar edilib.Azərtac



REKLAM