sehiyye.info

Uşaqlara işgəncə verənlər SAXLANILDI

Uşaqlara işgəncə verənlər SAXLANILDI
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.
Sehiyye.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntlər yayılıb.
Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi, vəhşicəsinə döydüyü əks olunub.
Məsələyə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də sərt reaksiya verib.
O həmin videonu paylaşaraq bildirib ki, hadisə paytaxt ərazisində, Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb:
“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.//bakupost



REKLAM