Sabunçu xəstəxanasında özünü atmaq istəyən şəxslə bağlı açıqlama
Bakının Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında intihara cəhd edilib.
Sehiyye.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Görüntülərdən aydın olur ki, qadın özünü pəncərədən atmaq istəyir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq.
E.Hacıyev bildirdi ki, hadisə ilə bağlı araşdırma aparılır:
“Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq. Həmin şəxsin intihara cəhdi məqsədlidir. O, fikrindən daşındırılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda araşdırma gedir”.
//bakupost