sehiyye.info

Bu qış vəziyyət necə dəyişəcək? - ÜST proqnoz verdi

Bu qış vəziyyət necə dəyişəcək? - ÜST proqnoz verdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, qışda koronavirusa yoluxma hallarının sayı arta bilər.

Sehiyye.info xəbər verir ki, bu barədə ÜST-ün Avropa Bürosunun rəhbəri Hans Kluqe danışıb.

“Payız və qış yaxınlaşdıqca, biz yoluxmaların sayının artacağını gözləyirik. Avropada mövsümi qrip yenidən baş qaldırsa da, qaldırmasa da, bu, baş verəcək. Biz həmçinin ölkələri mümkün olduqca qrip peyvəndini COVİD-19 peyvəndi ilə eyni vaxtda tətbiq etməyə çağırırıq” , - ÜST rəsmini əlavə edib.

Bundan əlavə, mütəxəssis qoruyucu tədbirlərə riayət etməyin vacibliyini xatırladıb. Məsələn, ictimai yerlərdə və nəqliyyatda maskalar taxın, mənzillərinizi yaxşı havalandırın və əllərinizi yaxşıca yumağı unutmayın.//publika



REKLAM