sehiyye.info

ÜST-dən xəbərdarlıq: "Səhiyyə sistemləri uçuruma yuvarlanacaq..."

ÜST-dən xəbərdarlıq: "Səhiyyə sistemləri uçuruma yuvarlanacaq..."
"Bir neçə ay ərzində Avropada ilk dəfə olaraq son yeddi gündə yeni koronavirus infeksiyası hallarının artması qeydə alınıb".

Sehiyye.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluqe məlumat verib.

Onun sözlərinə görə, son iki həftə ərzində Avropanın 30 ölkəsində COVID-19-la bağlı məyusedici dinamika müşahidə edilib: "Ölkələrin 11-də virusun sürətlə yayılması epidemiyanın yenidən başlamasına səbəb ola bilər. Əgər prosesi dayandırmasaq, Avropa ölkələrinin səhiyyə sistemləri uçuruma yuvarlanacaq".

"Dövlətlər əvvəl tətbiq etdikləri məhdudiyyətləri aradan qaldırdıqları üçün xəstəliyin yenidən yayılması riski var. Bəzi Avropa ölkələrində bu risk artıq reallığa çevrilib", - deyə Kluqe bildirib.


O qeyd edib ki, Polşa, Almaniya, İspaniya və İsraildə hakimiyyət orqanları xəstəliyin yeni hallarının sayının artmasına tez reaksiya verirlər: "Avropalılar sosial məsafənin saxlanılması və maskaların daşınması kimi tədbirlərin həyata keçirilməsinə məsuliyyətlə yanaşırlar".

Bildirək ki, ÜST mart ayında koronavirus infeksiyasının pandemiya olduğunu elan etdi.

Dünyada bu virusa 9,3 milyon insan yoluxub, 479 mindən çox insan ölüb.
Avropada koronavirus infeksiyasına yoluxma hallarının ümumi sayı 2,6 milyona çatıb, 195 mindən çox insan həyatını itirib.Publika.az



REKLAM