Yayda meymun çiçəyi xəstəliyinə yoluxma halları arta bilər
Kütləvi tədbirlərin keçirilməsi əlaqədar yay aylarında meymun çiçəyi xəstəliyinə yoluxma halları arta bilər.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe bildirib.
"Avropada kütləvi toplantılar, festivallar və şənliklərlə müşayiət olunan yay dövrünə yaxınlaşırıq. Virusun yayılmasının sürətlənə biləcəyindən narahatam", - deyə H.Klüqe qeyd edib.
O bildirib ki, Avropa regionunda ən azı səkkiz ölkədə son bir neçə gündə meymun çiçəyi xəstəliyinə yoluxma halları aşkar edildiyini bildirib. Avropadan kənarda virus Avstraliya, Kanada və ABŞ-da qeydə alınıb.