sehiyye.info

Bayılma nədir?

Bayılma nədir?
Bayılma düşüncənin qəfildən pozulması ilə xarakterizə olunan simptomdur.O beyin toxumasında qidalanmanın kəskin surətdə pozulması səbəbinən baş verir. Beyin damarlarının qısamüddətli spazmı və ya ürək yığılmalarının kəskin surətdə zəifləməsi bayılmaya səbəb ola bilir. Bu yığılmalara aiddir:
- ürəyin blokadası
- ekstrasistoliyadan sonra olan kompressator pauza.
Beyin damarlarının qısamüddətli spazmına səbəb olan müxtəlif amillər (mənfi emosiyalar ,ağrı), bəzi farmokoloji preparatların (qanqiloblakatorların) həddindən artq qəbulu, bir sıra reseptor zonaların (sinokarotid zona, vestibulyar aparat) kəskin surətdə qıcıqlanması bayılmaya səbəb ola bilir. Bəzən insan həddindən artıq fiziki gərginliyə məruz qaldıqda da bayılma vəziyyətinə düşə bilir.
Bayılma adətən bir neçə dəqiqədən artıq davam etmir. Bu dövrdə xəstədə aşağıdakılar baş verir:
- xəstənin ümumi vəziyyəti pisləşir
- narahatlıq hissi yaranır
- damar tonusu azalır
- əzələ tonusu azalır
- xəstənin huşu itir.
Bayılma baş verməzdən əvvəl xəstədə ümumi zəiflik, baş ağrıları, öyümə, ürək nahiyyəsində xoşagəlməz hissiyyat müşahidə edilir. Bunun ardınca xəstənin gözləri qaralır, qulaqlarda küy yaranır. Bu dövrdə xəstədə vegetativ damar pozğunluqları müşahidə edilir, dərinin və selikli qişaların rəngi avazıyır, arterial təzyiq aşağı düşür. Bir neçə saniyədən sonra xəstə huşunu itirir və yıxılır.
Bayılma zamanı xəstənin huşunun bərpa edilməsi prosesin ağırlığından asılı olaraq bir neçə saniyədən, bir neçə dəqiqəyə qədər dəyişir.



REKLAM