sehiyye.info

Beyin dumanı nədir, simptomları hansılardır? (Corona virusu olan hər 10 xəstədən birində görülür)

Beyin dumanı nədir, simptomları hansılardır? (Corona virusu olan hər 10 xəstədən birində görülür)
Anlıq yaddaş itkisi, qarışıqlıq, konsentrasiyanın pozulması, danışma çətinliyi kimi simptomlarla özünü göstərən beyin dumanı, korona virusu olan hər 10 xəstədən birində görülür. Bir neçə ay ərzində xəstənin həkim dəstəyi ilə xəstəliyi aşması gözlənilir. Bəs beyin dumanının əlamətləri nələrdir? Beyin dumanı necə müalicə olunur?
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,korona virusunun uzunmüddətli təsirləri araşdırılmağa davam edir, yüngül simptomları olan xəstələrin beyin və sinir sistemini gündən-günə təsir edən daha çox nevroloji narahatlıq yaşadıqları aşkar edilmişdir. Bunlardan biri də korona virusunun təsirinin səbəb olduğu düşünülən "Beyin Sisidir".

Beyin dumanı insanların idrak funksiyalarında çətinlik çəkdiyini və bir çox xroniki xəstəlikləri müşayiət etdiyini göstərir.
Korona virusunun yaratdığı infeksiya səbəbiylə əmələ gələn immunogenik antikorların təsadüfən sinir sisteminə hücum etməsi və ya zədələnmiş sinir hüceyrələrinin bir-birinə yanlış siqnallar göndərməsi nəticəsində yarana biləcəyi düşünülür.



REKLAM