sehiyye.info

Bu xəstəliyə kişilərdən çox qadınlar TUTULUR - Alimlər səbəbini TAPDILAR

Bu xəstəliyə kişilərdən çox qadınlar TUTULUR - Alimlər səbəbini TAPDILAR
"Alimlər Altsheymer xəstəliyi ilə bağlı yeni gen aşkarlayıblar".



Sehiyye.info xəbər verir ki, bu gen Altsheymer xəstəliyinin qadınlarda kişilərə nisbətən niyə daha çox rast gəlindiyi sualının cavabını tapmağa kömək edib.



Tam adı O6-Metilquanin-DNT-metiltransferaza olan (və ya MGMT) gen bədənin həm kişilərdə, həm də qadınlarda DNT-yə dəyən ziyanı necə bərpa etməsi məsələsində mühüm rol oynayır.



Aparılan araşdırmalar nəticəsindədə kişilərdə MGMT geni və Altsheymer arasında heç bir əlaqə tapılmayıb.



ABŞ-ın Atlantika Universitetinin həkimi Riçard İsakson qadınların APOE ε4 və MGMT kimi unikal genetik risk faktorları və menopauzaya keçid zamanı estrogenin qəfil azalması kimi genderə aid risk faktorları səbəbindən kişilərdən daha çox risk altında olduğunu bildirib.



Altsheymer Dərnəyi isə Altsheymer xəstəliyi ilə yaşayan 6,5 milyon amerikalının üçdə ikisinin qadın olduğunu açıqlayıb.//sfera.az



REKLAM