Altsheymer xəstəliyinin inkişafında ətraf mühitin təsiri araşdırıldı
Cənubi Uels Universitetinin alimləri ilk dəfə olaraq genlərin və ətraf mühitin Altsheymer xəstəliyinin inkişafına necə təsir etdiyini müəyyənləşdiriblər. Bunun üçün tədqiqatçılar 71 yaşlarında olan bir yumurta əkizləri və diziqotik əkizləri tədqiq ediblər.
Bu barədə “Journal of Neurology”də dərc olunan məqalədə deyilir.
Alimlər genlərin və ətraf mühit amillərinin təsirini müxtəlif xəstəliklərin inkişafında təsirini öyrənmək üçün genomları demək olar ki, 100 faiz eyni olan bir yumurta əkizlərini tədqiq edirlər. Onlarda hər hansı fenotipik və ya davranış fərqləri güclü ətraf mühit faktorları ilə əlaqələndirilir. Diziqot və ya fərqli yumurtalı əkizlərin genləri 50 faiz eyni olur, yəni onların genetik fərqləri, əksinə, ətraf mühit amillərindəki fərqlərdən daha güclüdür.
Pozitron Emissiya Tomoqrafiyasından (PET) istifadə edərək aparılan araşdırmalar zamanı Altsheymer xəstəliyinin ilkin mərhələlərində beyində yığılmağa başlayan amiloid zülalının toplanılmasına baxılıb. Məlum olub ki, genlər beyində amiloidlərin yığılmasında yalnız orta dərəcədə rol oynayır.
Bununla belə, ekspertlər hələ də Altsheymer xəstəliyinə başqa hansı amillərinin təsir etdiyini anlaya bilməyiblər. Belə ki, hipertoniya, şəkərli diabet, yüksək xolesterol səviyyəsi və ya ürək xəstəliyi beyində amiloid yığılması riski ilə əlaqəli deyil.
Əsərin müəllifləri daha geniş miqyaslı araşdırmalara ehtiyac olduğunu qeyd edirlər.//oxu.az