Altsheymer xəstəliyinin inkişafını ləngidən ÜSUL
Braziliya və Kanadadan olan bir qrup alim Altsheymer xəstəliyinin inkişafını ləngidən üsulu tapdığını bəyan edib.
Trend-in məlumatına görə, alimlər siçanlar üzərində aparılan təcrübələr əsasında bu qənaətə gəlib.
Onların fikrincə, fiziki məşğuliyyət bu xəstəliklə mübarizədə kömək göstərir.
Təcrübələr nəticəsində məlum olub ki, fiziki hərəkətlər nəticəsində siçanlarda irizin hormonu fəallaşır ki, bu da təkcə piyin əriməsində deyil, həm də beynin fəaliyyətinə müsbət təsir göstərir.
Hələlik alimlər lazımi effektin alınması üçün nə qədər vaxtın tələb olunduğunu bilmir:
“Fiziki aktivlik beyin fəaliyyəti və Altsheymer kimi bu fəaliyyəti zədələyən xəstəliklərin müalicəsi üçün çox vacibdir”.