Altsheymer xəstəliyinin qarşısını alan 7 VƏRDİŞ
ABŞ alimləri yeni elmi tədqiqatda yaşlanma ilə bağlı yaddaş və əqli pozulmanın qarşısını alan 7 əsas vərdişi aşkarlayıb.
Sehiuyye.info xəbər verir ki, Missisipi Universitetinin tibbi mərkəzində 30 il ərzində 8823 könüllü üzərində müşahidələr aparılıb. İştirakçıların orta yaş həddi 50-55 yaş olub.
Alimlər onların hazırkı vəziyyəti ilə 20 il sonrakı vəziyyətini 7 faktor üzrə qiymətləndirib:
Fiziki aktivlik, idman, siqaretdən imtina, düzgün qidalanma, çəkinin azalması, təzyiqin, xolesterin və şəkərin normada saxlanması.
Məlum olub ki, hətta ən az dərəcədə bu 7 vərdişin bəzilərinə əməl etmək insanı Altsheymerdən qoruyur.
Ən yüksək genetik risk olsa belə, sağlam həyat tərzi demensiya inkişafının qarşısını alır.
Mümkün qədər 50 yaşa qədər siqareti tərgitmək, aktiv həyat tərzi keçirmək, çəkini, şəkəri nəzarətə almaq lazımdır.//bakupost