sehiyye.info

Hamiləlik testi nə zaman olunmalıdır? - Ginekoloq məsləhəti

Hamiləlik testi nə zaman olunmalıdır? - Ginekoloq məsləhəti
Uşağın təməlinin qoyulmasının artıq ilk günündən hamilə qadının qanında XQ (xorionik qonadotropin) səviyyəsi yüksəlir.
Mama ginekoloq Samirə Hüseynovanın bildirdiyinə görə, bir neçə həftə sonra isə qanda XQ səviyyəsi o qədər yüksəlir ki, həmin hormon artıq sidiklə ifraz edilməyə başlayır. Hamiləlik testləri sidikdə XQ miqdarını müəyyən edir və əgər o yüksəkdirsə, test müsbət cavablı olur və qadına artıq onun hamilə olduğunu xəbər verir.
İndi əksər testlərin üzərində oxumaq olar ki, test hamiləliyi gecikmənin ilk günlərindən və ya hətta gecikmədən əvvəl də göstərə bilər.
Təəssüf ki, bu məlumatların əksəriyyəti yalan çıxır. ABŞ-da aparılmış tədqiqatlar göstərmişdir ki, əksər testlər hamiləliyin müəyyən edilməsinə kifayət qədər həssas deyildirlər, buna görə də hamiləliyin ilkin müddətlərində mənfi cavablar verə bilərlər.
Ginekoloqlar gecikmənin 5-7-ci günüdən hamiləlik üçün test etməyi məsləhət görürlər, əgər nəticə mənfi olarsa, testi bir həftə sonra təkrar edin.
Əgər gecikmə müddəti deyil, cinsi əlaqənin tarixi üzrə istiqamət tutmaq istəsəniz, onda hamiləlik üzrə testi cinsi əlaqədən sonra 3,5-4 həftədən tez olmayaraq yerinə yetirmək lazımdır.
Milli.Az



REKLAM