sehiyye.info

Dieta və stress qadınların hamilə qalmasına mane olur - Ginekoloq

Dieta və stress qadınların hamilə qalmasına mane olur - Ginekoloq
Müasir qızların arıqlamaq üçün tətbiq etdiyi dəbli dietalar, zəif qidalanma tərzi, eləcə də stress onların normal hamilə qalıb, sağlam uşaq dünyaya gətirməsinə mane olur.
Sehiyye.info xəbər verir ki, bunu ginekoloq Dayva Pikauskayte bildirib.
Ailə qurmazdan öncə və hamiləlik planladıqda dietalardan və stresdən uzaq durmaq lazımdır.
“Stress, gərginlik, əsəb menstrual tsikli pozur, hormonal disbalans yaradır, hətta amenoreya - menstruasiyanın tam itməsinə səbəb ola bilər.
Nəticədə menstruasiya müddəti dəyişir, yumurta hüceyrə yetişmir.
Artıq çəki, piylənmə, eləcə də həddən artıq arıqlıq da hamiləliyə mane olur.
Mono və ketodietalar, su dietası, zəif qidalanmaq, vitamin, mineral, zülal defisiti də yumurtalıqların fəaliyyətini pozur.
Əgər menstruasiya 1-2 həftə gecikirsə, mütləq hormon analizləri verilməlidir.
Hamiləlikdən öncə qadının bədən çəkisi normallaşdırılmalı, çox arıqdırsa yaxşı qidalanmalı, zülal və vitaminlə zəngin yeməklər yeməli, maqniy preparatı qəbul etməli, qanazlığı aradan qaldırılmalı, gündə 1 saat gəzməli, D vitamini qəbul etməlidir. Yalnız bundan sonra hamiləlik barədə düşünmək lazımdır”
//bakupost



REKLAM