sehiyye.info

Abortdan sonra hamiləlik olarmı ?

Abortdan sonra hamiləlik olarmı ?
Hamiləlik abortdan nə qədər sonra baş verə bilər?

Sehiyye.info Gəncailə.aza istinadən bildirir ki,Abortdan sonra yaşanan hamiləlik zamanı ağırlaşmaların riski artır. Abort vaxtı uşaqlığın boyununda travmalar tez-tez olur, onun daxili qatı nazikləşir. Bu düşüyün təhlükəsinin səbəbi ola bilər. “analar.az” saytı məlumat verir ki, Doğuş zamanı isə bu uşaqlığın boyunu yırtılmalarına və doğuş bacarığına mənfi təsir edə bilər.

Abortun səbəblərindən asılı olmayaraq bədənin bərpasına vaxt tələb olunur. Həkimlər abortdan sonrakı 6 ay ərzində hamiləliyi planlaşdırmamağı məsləhət görürlər.

Abortdan sonra hamiləlik niyə qadağandır?

Hamiləlik — hormonal prossesdir və onun dayandırılması, yəni abort, hormonal sıradan çıxmaya gətirir. Qadında hormonal fonla və növbəti hamiləliyin saxlanılmasıyla bağlı problemlər yarana bilər. Bununla yanaşı, uşaqlığın daxili səthində çapıqlaşmalar gedir. Bu yaralar tamamilə yarım il sonra sağalır.

Əgər embrion sağalmayan çapığa yapışarsa o daha yavaş inkişaf edər. Çünki yara parçası embrionun qidalanmasına imkan verməyəcək.

Niyə abortdan sonra düşük təhlükəsi artır?

Abort zamanı uşaqlığın boyununun travma alır və uşaqlığın boyunu embrionla döllənmiş yumurtanı saxlamağa qabiliyyətsiz olur. Yeni hamiləlik16-18-ci həftədə kəsilir, çünki uşaqlığın boyununa təzyiq artır. Həmçinin adət edilmiş düşük təhlükəsi artır.

Abortdan sonra rezus-uyğunsuzluğu

Əgər qadında mənfi rezus faktor varsa, onda abort növbəti hamiləlik vaxtı rezus-uyğunsuzluq yarana bilər. Məsələ ondadır ki, qadında abort zamanı anticismlər yaranır.



REKLAM