sehiyye.info

Autizmli uşaqlar atletika üzrə bacarıqlarını nümayiş etdirdilər - FOTO

Autizmli uşaqlar atletika üzrə bacarıqlarını nümayiş etdirdilər - FOTO
Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində idman yarışlarını davam etdirir.
Sehiyye.info xəbər verir ki, bocce, stolüstü tennis, velosiped yarışlarının ardınca, autizmli uşaqlar atletika üzrə bacarıqlarını nümayiş etdiriblər.
Respublika Olimpiya Mərkəzində təşkil olunan mübarizəyə 80- dən çox iştirakçı qatılıb.
3 yaş qrupu üzrə keçirilən yarışın qalibləri:
6-9 yaş qrupunda
Mirzəyev Kamil 1-ci yer
Əhmədzadə Furqan 2-ci yer
Şirinov Amin 3- cü yer
9-13 yaş qrupunda
Əsgərov Məhəmməd 1-ci yer
Bağırov Uğur 2-ci yer
Məmmədli Polad 3-cü yer
13 yaş üzəri
Rəhimov Hüseynəli 1-ci yer
Bayramov Rza 2-ci yer
İsgəndərov Məhəmmədəli 3-cü yer
Aprelin 25-i isə Azərbaycan Autizm Assosiasiyası AFFA ilə birgə futbol turniri keçirəcək. İncəsənət nümayəndələrinin, məşhur idmançıların, idman jurnalistlərinin qatılacağı yarış Bakı Olimpiya stadionunda təşkil olunacaq.
Xatırladaq ki, aprelin 28-i Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində keçirilən tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.

//bakupost

Autizmli uşaqlar atletika üzrə bacarıqlarını nümayiş etdirdilər - FOTO
Autizmli uşaqlar atletika üzrə bacarıqlarını nümayiş etdirdilər - FOTO



REKLAM