Rusiya dünyada ilk koronavirusa qarşı burun spreyini qeydiyyata aldı
Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı burun spreyini qeydiyyata alıb.
Sehiyye.info TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Rusiya Səhiyyə Nazirliyi yeni koronavirus infeksiyasının qarşısının alınması üçün Rusiya Federasiyasının NF Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış Qam-kovid-vaksinin (Sputnik V) burun spreyinin qeydiyyata alıb"-deyə məlumatda vurğulanıb.
Burun peyvəndi üç həftə ara ilə verilən iki dozadan ibarətdir.
//yeniavaz